Komandamıza Qoşulun və Kulinariya İncəsənətinin Gələcəyini formalaşdırın
Biz kulinariya mükəmməlliyinin gələcəyini formalaşdırmaqdan qürur duyuruq. Yaradıcılıq və innovasiyaları ruhlandırmağa diqqət yetirməklə, komandamız hər bir tələbə üçün yüksək səviyyəli təhsil və tərbiyəvi atmosfer təqdim etməyə sadiqdir. Kulinariya və qonaqpərvərlik dünyasına təsir etmək həvəsindəsinizsə, sizi komandamıza qoşulmağı və təklif etdiyimiz maraqlı karyera yollarını araşdırmağa dəvət edirik.
Əsas məqsəd
CASA — tələbələrimizin sahənin aparıcı qurumlarında çalışmasına imkan yaradan, dünya səviyyəli təlim və təhsil təqdim edən özəl kulinariya məktəbidir.
Biz proqram satışları, tələbə qəbulu və marketinq fəaliyyətlərinə fokuslanan yaradıcı və nəticəyönümlü Menecer axtarırıq. Bu vəzifə rəqəmsal inkişafın idarə olunması, restoran promo aksiyalarının planlaşdırılması, tələbə cəlbi prosesinə rəhbərlik və brend strategiyasının hazırlanmasına cavabdeh olacaqdır.
Vəzifələr
-
Çap, onlayn və tədbir formatında marketinq təşəbbüslərini planlaşdırmaq və həyata keçirmək;
-
Marketinq KPI-larının idarə olunması, büdcələşdirmə və hesabatların hazırlanması;
-
Sosial media kanallarına, vebsayt yenilənmələrinə və kontent hazırlanmasına nəzarət etmək;
-
Tələbə qəbulunu artırmaq və restoranın tanınmasını gücləndirmək;
-
Daxili komandalar və xarici tərəfdaşlarla birlikdə kampaniyalar planlaşdırmaq
Tələb olunan bacarıq və ixtisaslar
-
Marketinq, Biznes, Kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil (və ya hazırda təhsil almaq);
-
Proqram satışları və marketinq sahəsində 3–6 il iş təcrübəsi, üstünlük qonaqpərvərlik və təhsil sektorunda; bunun ən azı 2 ili rəhbər vəzifədə olmalıdır;
-
Brendinq, sosial media və kontent marketinqi üzrə güclü anlayış; yaradıcı, analitik və təşkilatçı yanaşma;
-
Azərbaycan dilində səlis, ingilis və rus dillərində ən azı orta-yuxarı səviyyədə bilik.
Texniki bacarıqlar
-
Sosial media platformalarında işləmək bacarığı (Instagram, Facebook, TikTok və s.);
-
Rəqəmsal marketinq alətləri və analitika ilə tanışlıq (Google Analytics, Facebook Ads və s.);
-
MS Office proqramlarını (Excel, Word, PowerPoint) və dizayn alətlərini (Canva, Adobe Creative Suite) yaxşı bilmək;
-
SEO prinsipləri və vebsayt idarəetmə sistemləri (WordPress, Wix və s.) üzrə ilkin bilik üstünlükdür.
İş şəraiti
-
İş qrafiki: Həftədə 6 gün, tam ştat (adətən 09:00–17:00; bir gün qısa iş günü, tədbirlər zamanı qrafikdə elastiklik mümkündür).
Əlavə üstünlüklər
-
Beynəlxalq tədbirlər və sənaye əməkdaşlıqları vasitəsilə peşəkar inkişaf imkanı;
-
Müasir texnologiyalarla təchiz olunmuş premium kulinariya məkanında iş mühiti;
-
Tədbirlər, yeməklər və kurslar üçün əməkdaş endirimləri, həmçinin tərəfdaş məkanlarda əlavə güzəştlər;
-
Aparıcı şeflər, şirkətlər və təlimçilərlə şəbəkələşmə imkanları.Müraciət edən bütün namizədlərə maraqlarına görə təşəkkür edirik. Yalnız müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər CV-lərini careers@casaeduhub.com ünvanına göndərə bilərlər.
Marketinq üzrə Kiçik Mütəxəssis
Tələblər
-
Marketinq, kommunikasiya, kulinariya sənəti və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (və ya ekvivalent iş təcrübəsi)
-
1–2 il və ya kiçik mütəxəssis kimi iş təcrübəsi
-
Dil bilikləri:
-
Azərbaycan dili – səlis
-
Rus dili – səlis
-
İngilis dili – yuxarı orta (Upper-Intermediate)
-
Kompüter bilikləri: MS Office proqramlarında yaxşı səviyyədə bilik
Vəzifə öhdəlikləri
-
CASA-nın sosial media platformaları üçün (Instagram, TikTok, Facebook və s.) qida mövzulu kontentin planlaşdırılması, hazırlanması və paylaşılmasına dəstək (foto, video, storilər, reels və s.)
-
Kontent yazılarında və çəkilişlərdə iştirak (qida stili, hazırlıq və koordinasiya)
-
Sosial media trendlərini izləmək və aktivliyin artırılması üçün ideyalar təklif etmək
-
Peşəkar qaydada vaxtında şərhlərə, mesajlara və izləyici müraciətlərinə cavab vermək
-
Marketinq kampaniyalarının, promoların və mövsümi təşəbbüslərin icrasında iştirak
-
Bütün kommunikasiya və vizual materiallarda brend üslubunun qorunmasını təmin etmək
-
Kampaniya nəticələrini izləmək və sadə hesabatlar hazırlamaq
-
Şeflərlə əməkdaşlıq edərək yeni yeməklər, reseptlər və kulinariya konseptləri barədə məlumat toplamaq
-
Menyu yenilənmələrinə, inqrediyent təsvirlərinə və məhsul hekayələndirilməsinə dəstək
-
Kulinariya tədbirləri, dequstasiyalar və nümayişlərdə iştirak
-
Foto və video materialların təşkili və rəqəmsal qovluqların idarə olunması (Canva, Photoshop və ya video montaj proqramları)
-
Zərurət olduqda tərəfdaşlar, təchizatçılar və inflüenserlərlə koordinasiya
-
Paylaşımların planlaşdırılması, briflərin hazırlanması və kontent təqviminin yenilənməsi kimi gündəlik marketinq işlərinə dəstək
-
Sosial media platformalarında gündəlik kontent yaradılması və idarə olunması təcrübəsi
-
Proqram satışları və tələbə qəbul komandası ilə sıx əməkdaşlıq
-
Sorğuların və digər rəy toplama formalarının hazırlanması və təhlili
-
Ümumi ofis işlərinin icrası
- 6 günlük iş həftəsi dəyişkən qrafiklə
Son müraciət tarixi: 20 Aprel 2026
Əmək haqqı: 800 AZN net+
Переводчик
Основные обязанности:
- Перевод письменных документов, включая общие, деловые, технические и кулинарные тексты, с английского языка на русский и наоборот.
- Обеспечение точности, ясности перевода и сохранения исходного смысла и стиля.
- Проверка и редактирование переведённых материалов с точки зрения грамматики, синтаксиса и культурной адаптации.
- Тесное взаимодействие с внутренними командами для уточнения содержания текстов.
- Соблюдение конфиденциальности всех переводимых материалов.
- Использование программ и инструментов для перевода при необходимости.
- Умение работать в сжатые сроки и управлять несколькими переводческими задачами одновременно.
- Предоставление услуг устного перевода во время занятий, встреч, мероприятий и приёма гостей.
- Контроль грамматической и стилистической точности переводов (редактирование/корректура).
- Профессиональная встреча иностранных гостей и помощь им в получении необходимой информации.
- Строгое соблюдение стандартов обслуживания компании и правил конфиденциальности.
- Сотрудничество с командой и руководством при выполнении задач, требующих языковой поддержки.
Требования:
- Степень бакалавра в области перевода, лингвистики, английского языка или смежной специальности.
- Свободное владение английским и азербайджанским языками (устно и письменно).
- Минимум 2–3 года подтверждённого опыта работы переводчиком, устным переводчиком или на аналогичной должности.
- Опыт перевода в сфере гостеприимства и сервиса будет преимуществом.
- Отличные навыки тайм-менеджмента и организации работы.
- Способность работать как самостоятельно, так и в команде.
Условия работы:
- График: полный рабочий день / сменный (6 дней в неделю). 1 выходной день в неделю (в зависимости от графика).
- Место работы: CASA Baku
Благодарим всех кандидатов за проявленный интерес. Однако только кандидаты, отобранные для собеседования, будут приглашены. Заинтересованные кандидаты могут отправить резюме на электронную почту careers@casaeduhub.com
Əsas vəzifələr:
-
Marketinq kampaniyalarının və promo fəaliyyətlərin planlaşdırılmasına və icrasına dəstək göstərmək.
-
Sosial media hesablarının idarə olunmasına kömək etmək (kontent hazırlamaq, paylaşmaq və izləyicilərlə ünsiyyət).
-
Bukletlər, təqdimatlar və məlumat bülletenləri kimi marketinq materiallarının hazırlanmasına dəstək vermək.
-
Bazar araşdırması və rəqib təhlili aparmaq.
-
Tədbirlərin, master-klassların və kulinariya proqramlarının təşkilində iştirak etmək.
-
Vebsayt və reklam platformalarında məlumatların yenilənməsinə kömək etmək.
-
Marketinq komandası ilə birlikdə yaradıcı ideyaların hazırlanmasında iştirak etmək.
Tələblər:
-
Marketinq, biznes, kommunikasiya və ya əlaqəli sahə üzrə son kurs tələbəsi və ya yeni məzun.
-
İngilis və Azərbaycan dillərini yaxşı səviyyədə bilmək.
-
Sosial media və rəqəmsal marketinq alətləri üzrə ilkin biliklər.
-
Yaradıcı düşüncə və öyrənməyə həvəs.
-
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları.
-
Kulinariya, qonaqpərvərlik və ya təhsil sahəsinə maraq üstünlükdür.
İş şəraiti:
-
Təcrübə proqramı: yarım-ştat (qrafikdən asılı olaraq).
-
Məkan: CASA Baku
-
Müddət: 3–6 ay
Müraciət:
Maraqlanan namizədlər CV-lərini careers@casaeduhub.com göndərə bilərlər.
Maaş- 200 AZN
Son müraciət tarixi: 20 Aprel 2025
Əsas vəzifələr
-
Kulinariya məktəbi və restoran üçün vahid vizual brend üslubunu yaratmaq və qorumaq;
-
Brend tanınmasını artırmaq üçün loqo, rəng palitrası, şriftlər və digər dizayn elementləri hazırlamaq;
-
Bütün çap və rəqəmsal materialların brend estetikasına və kommunikasiya üslubuna uyğunluğunu təmin etmək;
-
Marketinq materiallarını dizayn etmək (flyerlər, broşürlər, bannerlər, sosial media qrafikaları, e-mail kampaniyaları və s.);
-
Vebsayt və sosial media platformaları üçün vizual kontent hazırlamaq və ümumi brend üslubuna uyğunluğunu təmin etmək;
-
Tədbirləri, kursları, xüsusi restoran menyularını və mövsümi təklifləri tanıtmaq üçün marketinq komandası ilə birlikdə cəlbedici vizuallar hazırlamaq;
-
Yemək və təhsil mühitini yaxşılaşdıran, rahatlıq, üslub və yaradıcılığı birləşdirən dizayn həlləri yaratmaq;
-
Brend kimliyi və atmosferinə uyğun rəng palitrası, mebel, dekor və digər interyer elementlərini seçmək;
-
Xüsusi tədbirlər, kulinariya yarışmaları, seminarlar və təqdimatlar üçün lövhələr, displaylər və digər vizual elementlər hazırlamaq;
-
Restoran və kulinariya məktəbinin ümumi atmosferinə yaradıcı töhfə vermək və dizaynın vahidliyini təmin etmək;
-
Satışa çıxarılan məhsullar üçün qablaşdırma dizaynı hazırlamaq (brend məhsullar, ərzaqlar, kulinariya kitabları və s.);
-
Brendə uyğun merch məhsulları dizayn etmək (T-şört, önlük və s.);
-
Veb developer-lərlə əməkdaşlıq edərək saytın vizual dizaynını təkmilləşdirmək və istifadəçi təcrübəsini intuitiv etmək.
Tələblər
-
Qrafik dizayn və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (və ya ekvivalent iş təcrübəsi);
-
Qrafik dizayn, brendinq və ya interyer dizayn sahəsində minimum 2–3 il iş təcrübəsi (qida və qonaqpərvərlik sektorunda olması üstünlükdür);
-
Yaradıcılığı, texniki bacarıqları və detallara diqqəti göstərən güclü portfolio;
-
Adobe Creative Suite (Illustrator, Photoshop, InDesign, Canva) proqramlarında işləmək bacarığı, həmçinin veb dizayn alətləri ilə təcrübə (WordPress, Squarespace və s.);
-
Brendinq prinsipləri və vizual kommunikasiya üzrə güclü anlayış;
-
İşə vaxtında gəlmək, sürətli iş mühitində işləmək və son tarixlərə riayət etmək bacarığı.
-
Dizayn materiallarını (nümunələr, displaylər, promo materiallar və s.) qaldırmaq və daşımaq bacarığı.
İş şəraiti
-
Əməkhaqqı: 800 AZN (net)
-
Sosial paket: restoran xidmətlərinə 25% əməkdaş endirimi
-
Nüfuzlu kulinariya müəssisəsində peşəkar inkişaf imkanları
-
Komanda yönümlü və mədəni baxımdan zəngin iş mühiti
-
Tədbir dizaynı və xüsusi promosyonlar üçün bəzən həftəsonu və ya axşam saatlarında iş tələb oluna bilər
Müraciət edən bütün namizədlərə maraqlarına görə təşəkkür edirik. Yalnız müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər CV-lərini careers@casaeduhub.com ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 10 oktyabr 2025
Qab-qacağın əl ilə və ya qabyuyan maşında yuyulması
Mətbəx və iş sahələrinin təmiz və səliqəli saxlanılması
Döşəmələrin yuyulması və dezinfeksiya edilməsi
Zibil qutularının boşaldılması və təmizlənməsi
Təmiz qabların yerinə düzgün şəkildə düzülməsi
Təmizlik vasitələrinin düzgün istifadəsi və qorunması
Mətbəx avadanlıqlarının (masa, soba ətrafı və s.) təmizlənməsi
Lazım olduqda mətbəxə köməkçi işlərdə iştirak
İş qrafikinə uyğun olaraq vaxtında işə başlamaq və bitirmək
Təmizlik və gigiyena qaydalarını bilmək və tətbiq etmək
Fiziki cəhətdən davamlı olmaq
Məsuliyyətli və diqqətli olmaq
Komandada işləmək bacarığı
2-3 il təcrübə üstünlükdür
Müraciət edən bütün namizədlərə maraqlarına görə təşəkkür edirik. Yalnız müsahibə üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər CV-lərini careers@casaeduhub.com ünvanına göndərə bilərlər.
Əmək haqqı: 500 AZN net
Son müraciət tarixi- 20 aprel 2026
