Gold Shah 2025 Yarışması
The Gold Shah 2025 yarışması bu il keçirilən ən çətin kulinariya tədbiri kimi tarixə düşdü. Tamamilə Dünya Şeflər Assosiasiyası tərəfindən idarə olunan bu yarışma yüksək standartları və geniş iştirakçı tərkibi ilə seçildi. Yarışda Pilot Qrupu, Dünya Mətbəxi Qrupları, Level 2 Qrupları, Sinteks Qrupu, məzunlarımız və Casa Restaurant kollektivi iştirak etdi. Onların qazandıqları nəticələr, yarışdıqları kateqoriyalar və göstərdikləri peşəkarlıq onların istedadının və fədakarlığının bariz sübutudur.
Tələbə və məzunlarımız Golden Shah kulinariya yarışmasında möhtəşəm nəticələr əldə edərək aşağıdakı nailiyyətləri qazanıblar:
• 1 ən yaxşı şirniyyatçı kuboku
• 10 qızıl medal
• 10 gümüş medal
• 5 bürünc medal
• 4 diploma