Beynəlxalq diplom və sertifikatlarla aşpazlıq karyeranızı bir addım irəli aparın
Noyabrın 29-30 tarixlərində Radisson oteldə keçirilən Malayziya Təhsil Sərgisi 2025 böyük maraqla keçirildi. Bu tədbir, təhsilini Malayziyada davam etdirmək istəyən tələbələr və təhsil sahəsindəki yenilikləri öyrənmək istəyənlər üçün əvəzolunmaz bir platforma təqdim etdi. Casa Baku olaraq biz də bu sərgidə iştirak etdik və kulinariya üzrə diplom proqramlarımızı və masterklaslarımızı sərginin iştirakçılarına tanıtdıq.
Sərgi iştirakçıları, Casa Baku-nun təqdim etdiyi kulinariya üzrə təhsil imkanlarını kəşf edərək, kulinariya sahəsində gələcək karyeralarını necə inkişaf etdirə biləcəklərini öyrəndilər. Peşəkar diplom proqramları, masterklaslar və tədbirlər haqqında ətraflı məlumat alaraq bu sahədə peşəkar inkişaf üçün yeni imkanlar qazandılar.