Delicious Uzbekistan 2025

CÀSÀ-nın junior komandası — komanda lideri Kamran Nağıyev, həmçinin Seymur Məhərrəmov Hüseyn Məmmədov — icraçı aşpazımız Didier Quennouellenin mentorluğu ilə 27–29 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Central Asian Expo Uzbekistan çərçivəsində təşkil olunan “Delicious Uzbekistan 2025” II Beynəlxalq Kulinariya Çempionatında Azərbaycanı təmsil etmişdir.

Tələbələrimiz yarışmada 3 kateqoriya üzrə çıxış ediblər:
- Fərdi kateqoriyalar
- Junior Qrup – “Black Box”
- Senior Qrup – “Black Box”

Komandamız Worldchefs tərəfindən təşkil olunan “Black Box Challenge – Junior Team” kateqoriyasında Çempion adına layiq görülmüşdür!

Gənc çempionlarımızı ürəkdən təbrik edirik!
Beynəlxalq arenada bayrağımızı qürurla dalğalandıran gənclərimizlə fəxr edirik.